Premyer Liqa: “Kəpəz” turun son oyununda “Araz-Naxçıvan”a qalib gəlib - YENİLƏNİB

Premyer Liqa: “Kəpəz” turun son oyununda “Araz-Naxçıvan”a qalib gəlib - YENİLƏNİB


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Sonuncu matçda “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda reallaşan qarşılaşma Gəncə klubunun qələbəsi ilə bitib - 3:1. “Sarı-göylər”in qollarını 19 və 34-cü dəqiqədə Ehtiram Şahverdiyev, 69-cu dəqiqədə Amil Yunanov vurub. Naxçıvan təmsilçisinin heyətində isə 28-ci dəqiqədə Orxan Əliyev fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Kəpəz” 9-cu sıradakı mövqeyini möhkəmləndirib. “Araz-Naxçıvan” isə 27 xalla 6-cı pillədə qalıb.

10:14

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

EmpaTV-nin məlumatına görə, sonuncu oyunda “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.

Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır.

Azərbaycan Premyer Liqası

XXI tur

5 fevral

15:00. “Kəpəz” - “Araz-Naxçıvan”

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Asif Əliyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, XXI turda “Qarabağ” “Səbail”i, “Sumqayıt” isə “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. “Sabah” - “Turan Tovuz” və “Qəbələ” - “Zirə” matçları 1:1 hesabı ilə yekunlaşıb.

Top