
“Fermerlər inqilabı” - Makron Fransasının çöküşü sürətlənir

Fransa Kənd Təsərrüfatı İttifaqının rəhbəri Arno Russonun səsləndirdiyi fikirlər də təhlükənin pik həddə olduğunu təsdiqləyir. Onun fikrincə, baş verənlər narazılığın pik həddidir:
“Ucuz idxal yerli istehsalçılara ciddi zərbə vurub, onlar müflis olmaq təhlükəsi ilə üzləşiblər. Bura yanacağın qiymətinin qaldırılması və vergilərin artırılmasını da daxil edə bilərik. Fermerlər sadəcə rəqabətə davam gətirə bilmirlər. Hökumət hara baxır? Verdikləri bəyanatlardan belə çıxır ki, Fransanın problemləri onlar üçün yaddır. Məsələn, bu yaxınlarda Baş nazir təyin edilən Qabriel Attalın çıxışları onun reallıqdan uzaq olduğunu göstərir”.
Bütün bunlar məsələnin ciddiliyindən xəbər verir. Etirazçılar açıq deyirlər ki, onlarla bağlı olan qanunları kənd təsərrüfatından xəbəri olmayan kostyumlu məmurlar deyil, fermerlərin içindən çıxan və aqrar sahəyə bələd olan şəxslər hazırlamalıdırlar. Narazılığın kökündə həm də Makronun yanlış siyasəti durur. Prezident və komandası hesab edib ki, Ukraynadan ixracın artırılması əsas olmalıdır. Bununla da yerli istehsalçıları zərbə altına salıb. Fermerlər subsidiyaların məhdudlaşdırılması da bura daxildir.
Əvvəla, Afrikadakı müstəmləkələrindən biabırcasına qovulan E.Makron daha bir problemi öz adına yaza bilər. Görünən odur ki, dünyanın bir çox ölkələrində qarşıdurma yaratmaqda ittiham olunan Yelisey sarayı qazdığı quyuya düşür. Ən əsası baş verənlər yayda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində ölkə üçün ciddi sınağa çevrilib. Aksiyalar mütəmadi hal alarsa, oyunların təxirə düşə biləcəyi təhlükəsi artır.
