
Ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsi hansı cəza gözləyir?
Fevral ayının 13-də Xətai rayonunda dəhşətli qətl törədilib. 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atası, anası, qardaşı, bacısı və onun azyaşlı övladına balta ilə xəsarətlər yetirərək amansızlıqla öldürməkdə şübhəli bilinir.
Cinayət hadisəsi ilə bağlı araşdırma davam edir.
Şəxsin psixoloji problemlərinin olması ilə bağlı məlumatlar var. Buna baxmayaraq, Əhməd Əhmədovun vaxtı ilə taksi fəaliyyəti ilə məşğul olduğu da iddia edilir.
Bəs görəsən, psixoloji probleminin olduğu iddia edilən şəxs necə taksi sürücüsü işləyib? Törətdiyi cinayətə görə Əhməd Əhmədovu hansı cəza gözləyir?
Məsələ ilə bağlı EmpaTV.aza açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev taksi sürücülərinin hazırda tibbi müayinədən keçdiklərini qeyd edib:

“Bu məsələ araşdırılmalıdır. Onun sürücülük vəsiqəsinin olub-olmadığı bilinmir. Hazırda taksi fəaliyyəti ilə bağlı islahatlar həyata keçirilir. Hər bir taksi fəaliyyəti ilə məşğul olan şirkətin və ya şəxsin qarşısına müəyyən tələblər qoyulub. O tələblərdən biri də taksi sürücüsünün tibbi müayinələrdən keçirilməsidir.
Yəqin ki, fəaliyyət göstəribsə, bu daha əvvəl ola bilər. O dövrdə də belə tələb yox idi. Kimin avtomobili var idisə, üzərinə “şahmat” qoyub, taksi kimi işlədirdi. Və ya fərqlənmə nişanı ya alırdı, ya almırdı. İndi isə fərqlidir. Sürücünün tibbi müayinəsi tələb olunur. Adam barədə məlumatımız yox idi. Ümumi deyə bilərəm ki, əvvəllər müayinə tələb edilmirdi, fərdi şəkildə idi, çərçivə yox idi. İndi tənzimlənir”.
Vəkil Turan Abdullazadə isə EmpaTV.az-a açıqlamasında qeyd edib ki, Əhməd Əhmədovun anlaqsız vəziyyətdə cinayət törətməsi qəti sübutlarla müəyyən olunarsa, o, cinayət məsuliyyətindən azad edilə bilər: