Azərbaycan millisinin baş məşqçisi: “Komandamız Avropa çempionatında əla nəticə göstərdi”

Azərbaycan millisinin baş məşqçisi: “Komandamız Avropa çempionatında əla nəticə göstərdi”


“Komandamız ilk dəfə Avropa çempionatında əla nəticə göstərdi”.

EmpaTV-nin məlumatına görə, bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov bildirib.

Onun sözlərinə görə, idmançılarımızın zədələrlə bağlı müəyyən çətinlikləri olub:

“Amma buna baxmayaraq, idmançılarımız yüksək nəticə göstərdilər. İdmançılarımızın əhval-ruhiyyəsi yaxşıdır. Qarşıda Olimpiya Oyunları var. Seçim gedir, biz də çalışacağıq ki, Olimpiya Oyunlarında çoxlu sayda idmançı ilə təmsil olunaq və daha yaxşı nəticələr əldə edək”.

Top