
“Qarabağ” Avropa Liqasında ilk dəfə qatıldığı pley-off mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
01:28
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.
EmpaTV xəbər verir ki, Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Abdullah Zubir özünün ikinci, “köhlən atlar”ın dördüncü qoluna imza atıb.
01:26
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.
EmpaTV xəbər verir ki, Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.
“Köhlən atlar”ın heyətində Olavio Juninyo fərqlənib.