Özünü Tanı

Özünü Tanı



Şəkildə özünüzü "tapın". Sizin indiki vəziyyətinizə şəkildəki hansı insanın vəziyyəti daha yaxındır? Əgər siz 1, 3, 6 yaxud 7 nömrəli insanları seçdinizsə, bu o deməkdir ki, siz hər zaman öz məqsədinizin nə olduğunu bilirsiniz və heç bir maneədən, çətinlikdən qorxmadan bu məqsədə doğru irəliləyirsiniz. Siz 2, 11, 12, 18, ya da 19-cu insanı seçmişsinizsə, deməli, siz çox ünsiyyətli, mehriban insansınız, yaxşı dostsunuz, dostlarınıza həmişə kömək etməyə hazırsınız. 4-cü insanı seçmisinizsə, bu onu ifadə edir ki, siz həyatdan nə istədiyinizi yaxşı bilirsiniz, uğur qazana bilmək üçün ən asan yolları seçməyə çalışırsınız, çətinlik çəkməyi  xoşlamırsınız. 5-ci insanı seçməyiniz onu göstərir ki, siz tez yorulur, zəif, halsız olur, depressiyalara düşür, küsür, inciyir, həyatda mübarizə etməyi bacarmırsınız. Əgər siz 9-cunu  seçmisinizsə, siz şən birisiniz, müxtəlif əyləncələr sevən insansınız. 13-cü və 21-ci insanlar çox ünsiyyətdə olmağı xoşlamır, onları tez-tez daxili narahatçılıqları, özünə inamsızlıqları narahat edir. 8-ci şəkil - insan daha çox öz aləmində olur, fikirləşməyi, nəyisə götür – qoy edib düşünməyi xoşlayır. 10-cu və 15-ci insanları seçmisinizsə, siz həyata rahat şəkildə adaptasiya olursunuz, həyatınız sizi tam qane edir, siz komfortlu vəziyyətdəsiniz. 14-cü şəkil – bu insanlar daxili döhran yaşayır. Əgər siz 20-ci insanı seçmisinizsə, siz hakimlik, idarəçilik etməyi xoşlayırsınız, sizdə lider xüsusiyyətləri var. 16-cı şəkildəki insan daim kimisə himayə edir, qoruyur  və artıq bundan yorulub. 17-ci insan isə kiminsə himayəsi altında olmağı xoşlayır.
Top