Xalq artisti Bəsti Cəfərova: “Mən təbii yaşlanmaq istəyirəm”

Xalq artisti Bəsti Cəfərova: “Mən təbii yaşlanmaq istəyirəm”


Çoxlarının xəyal etdiyi Akademik Milli Dram Teatrının səhnəsinə çıxanda üçüncü kurs tələbəsi idi. İlk rolu onun bu möhtəşəm məbədə vizit kartı oldu. Gənc, gözəl, istedadlı - səhnənin tələb etdiyi bütün keyfiyyətlərə malik aktrisa ömrünü bu doğma səhnəyə bağladı. O vaxtdan isə nə az-nə çox - düz 45 il keçir...

Xalq artisti Bəsti Cəfərova EmpaTV.az saytına müsahibəsində “geriyə baxıb düşünəndə ki, mən nələr oynamışam... Mən onların hamısını yaxşı oynamışam...” deyə əminliklə söyləyib. 



- Sizə müsahibə üçün zəng edəndə deyəsən teatrda hansısa tamaşanın qızğın məşqləri gedirdi...

- “Filumena Marturano” tamaşasının məşqləri idi. Bu tamaşada bizim görkəmli aktyorumuz Ramiz Novruz oynayırdı. O dünyasını dəyişəndən sonra rol Xalq artisti Sabir Məmmədova həvalə olundu. Bu tamaşanın məşqlərinə 2020-ci ildə başladıq. Tamaşanı təhvil verməyə 15 gün qalmış pandemiya elan olundu və teatrlar bağlandı. Bu ayrılıq uzun çəkdi - düz bir il səkkiz ay teatrlar işləmədi. Biz yenidən teatra qayıdanda Ramiz Novruzun xəstələnməsi xəbərini eşitdik. O, bu obrazı oynamaq istəyirdi. Ramiz müalicə ala-ala yenidən məşqləri davam etdirdik. 2022-ci ilin mart ayında tamaşanın premyerasını oynadıq. Təəssüf ki, Ramiz Novruz cəmi iki dəfə o tamaşada səhnəyə çıxa bildi. Onun ölümü bizim üçün böyük itki oldu. Neyləmək olar, həyat belədir - gözəl tərəfi də var, qəmli tərəfi də. İndi tamaşa yenidən repertuardadır. 



Top