Tramp zəngin insanların ABŞ-dən mümkün qaçmasının səbəbini açıqlayıb
ABŞ-də milyonerlərə verginin artırılması onların başqa ölkələrə köçmələrinə səbəb olacaq.
EmpaTv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu cür tədbirlərə əl atan ölkələr öz varlı vətəndaşlarını itiriblər, bu da pis nəticəyə gətirib çıxarır, çünki varlılar vergi ödəyirlər. Prezident bu siyasətin dağıdıcı olduğunu bildirib.
Belə bir şərhlərin səbəbi respublikaçılar arasında bir milyon dollar və ya daha çox qazanan amerikalılar üçün vergi dərəcəsinin 37%-dən 40%-ə qaldırılması ilə bağlı müzakirələr olub. Trampın bəzi partiyadaşları belə addımların ara seçkidə Demokratlar Partiyası ilə qarşıdurmada faydalı olacağına inanırlar. Respublikaçı tənqidçilər onu kasıb amerikalılar hesabına zənginlərin vergi güzəştlərini ödəməkdə ittiham edirlər. Ancaq Respublika Partiyasının rəhbərliyi vergilərin artırılması ideyasını qəbul etməyib. Nümayəndələr Palatasının spikeri Mayk Conson qeyd edib ki, "fillər" ideyanın əleyhinə işləyəcəklər.
Bu arada hesablamalar göstərir ki, bir milyon dollardan çox gəlirə görə 40% vergi dərəcəsi növbəti on il ərzində ABŞ büdcəsinə təxminən 400 milyard dollar gəlir gətirəcək.