Tramp dəniz dibindən faydalı qazıntıların çıxarılması haqqında fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp dəniz dibindən mineral ehtiyatların çıxarılmasının inkişafı haqqında fərman imzalayıb.
Empatv.az “Report”a istinadən xəbər verir ki, müvafiq sənəd Ağ evin saytında yerləşdirilib.
“Geniş şelf sahələrində kritik əhəmiyyətli mineral və enerji ehtiyatları var. Bu ehtiyatlar iqtisadiyyatımızın gücləndirilməsi, enerji gələcəyimizin təmin edilməsi və kritik əhəmiyyətli mineralların xarici təchizatçılarından asılılığın azaldılması üçün əsas amildir”, – fərmanın mətnində deyilir.
“Ölkəmiz dəniz dibindəki mineral ehtiyatların məsuliyyətli işlənməsini sürətləndirmək, dəniz dibindəki mineral ehtiyatların milli ehtiyatlarını kəmiyyətcə qiymətləndirmək, hasilat və emal texnologiyaları sahəsində Amerika liderliyin bərpa etmək, həmçinin müdafiə sənayemiz, infrastruktur və enerji sektoru üçün etibarlı təchizat zəncirləri təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməlidir”, – sənəddə qeyd olunub.
Aprelin əvvəlində Tramp bəyan etmişdi ki, ABŞ kritik əhəmiyyətli mineralları və nadir torpaq metallarını böyük həcmdə çıxarmaq qabiliyyətinə malikdir.