Bloomberg: Harvard 1 mlrd dollar dəyərində aktivlərini satmaq istəyir

Bloomberg: Harvard 1 mlrd dollar dəyərində aktivlərini satmaq istəyir


Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar aparır.

Empatv.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik bildirib ki, söhbət təhsil müəssisəsinin özəl fondunun səhm portfelindən gedir. Harvard Universiteti səhmlərin “Lexington Partners” investisiya şirkətinə ötürülməsi üçün “Jefferies Financial Group” ilə işləyir. Mümkün sövdələşmənin şərtləri tam razılaşdırılmayıb və dəyişikliklərə məruz qala bilər.

Universitet səhm portfelinin reallaşdırılması üçün səylərə 2024-cü ildə, Trampın andiçmə mərasimindən əvvəl başlayıb.

Xatırladaq ki, aprelin 15-də Tramp Harvardı siyasi təşkilat kimi qiymətləndirməyi və universitetin vergidən azad statusunu ləğv etməyi təklif etmişdi. Təhsil Nazirliyi Harvard üçün 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin dondurulduğunu elan etmişdi.
Top