Hindistan Pakistan istiqamətində Hind çayının axınını bloklayıb
Hindistan Pakistan istiqamətində Hind çayının axınını bloklayıb, bəndlər və kanallar vasitəsilə su axınını idarə edən dörd şlüzün hamısını bağlayıb.
“Report”un verdiyi məlumata əsasən bu barədə Hindistanın “ANI News” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu, 1960-cı ildə Hind suları haqqında saziş imzalandığı vaxtdan bəri bu cür blokadanın ilk halıdır. O zaman tərəflər siyasi münaqişələrə baxmayaraq, resursları bölüşməyi razılaşdırmışdılar.
Daha əvvəl Pakistan bəyan etmişdi ki, Hindistanın Hind çayının su axınını dayandırmaq və ya yönləndirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcək.