MRT və KT ilə bağlı yenilik- Ödənişlər dəyişdi

MRT və KT ilə bağlı yenilik- Ödənişlər dəyişdi


İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Empatv.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək.
Top