İnternetdə böyük dəyişiklik?

İnternetdə böyük dəyişiklik? "Yahoo" "Chrome"un yeni sahibi ola bilər


ABŞ məhkəməsi antiinhisar işi çərçivəsində "Google"u brauzerdən imtina etməyə məcbur edərsə, "Yahoo" şirkəti "Chrome"u almağa hazır olacaq.

Empatv.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə bu barədə "Yahoo Search" axtarış sisteminin baş meneceri Brayan Provost xəbər verib.

"Chrome", bəlkə də, internetdə ən vacib strateji oyunçudur", - deyə o qeyd edib.

Provost "Chrome" brauzerini 10 milyardlarla dollar dəyərində qiymətləndirib. O, "Yahoo"nun öz brauzerini hazırladığını, lakin hazır məhsulun alınmasını da nəzərdən keçirdiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "OpenAI" şirkəti də "Google"dan brauzeri almaqda maraqlı olduğunu elan edib. Sövdələşmə bağlanarsa, "OpenAI" "ChatGPT" çat-botunu "Chrome"a daha dərindən inteqrasiya etmək niyyətindədir.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi "Google"a qarşı məhkəməyə müraciət edib. İddiada texnologiya nəhənginin "Chrome" brauzerinə sahiblikdən imtina etməsi və digər şirkətlərlə öz axtarış sisteminin onların məhsullarında istifadə edilməsinə dair müqavilələr bağlamasının qadağan edilməsi tələb olunur.

Hökumətin fikrincə, "Google" rəqiblərin inkişafına əngəl yaradır və internet axtarış bazarına nəzarəti əlində cəmləşdirməklə rəqabəti boğur. ABŞ bu yolla şirkəti monopoliya statusundan məhrum etmək istəyir
Top