"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb
"Azərkosmos" və Monakonun peyk operatoru "Monacosat S.A.M" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
EmpaTv.az Oxu.Az-a istinadən xəbər verir ki, sənədin imzalanması "Azərkosmos"un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.
İmzalanmış Anlaşma Memorandumu iki şirkət arasında telekommunikasiya, Coğrafi İnformasiya Sistemləri (CİS) və yerüstü infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
"Azərkosmos" və "Monacosat" arasında qurulan bu strateji tərəfdaşlıq, hər iki şirkətin peyk və kosmik texnologiyalar sahəsindəki imkanlarını genişləndirməyə xidmət edəcək.