Ərdoğan Azərbaycana səfər edəcək

Ərdoğan Azərbaycana səfər edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

EmpaTv.az bu barədə Milli.Az-a istinadən xəbər verir.

Azərbaycana səfər Rəcəb Tayyib Ərdoğanın may üçün səfər proqramında yer alıb.

Bildirilib ki, Ərdoğan İtaliyaya da səfər edəcək. Türkiyə prezidenti IV Hökumətlərarası Zirvə Görüşündə iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Prezidentinin Azərbaycana sonuncu səfəri noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün olub.
Top