Kanada Qəzzaya yardımlar üçün BMT-yə 72 milyon dollar verəcək

Kanada Qəzzaya yardımlar üçün BMT-yə 72 milyon dollar verəcək


Kanada hökuməti Qəzza zolağına ərzaq və digər humanitar yardımların alınması üçün BMT-yə 100 milyon dollar (72 milyon ABŞ dolları) verəcək.

“Report”-un verdiyi məlumata əsasən, bu barədə ölkənin Baş naziri Mark Karni “X” sosial şəbəkəsində yazıb.

"Kanada beynəlxalq hüququ müdafiə edir, bu yaxınlarda BMT-yə və digər etibarlı beynəlxalq tərəfdaşlara Qəzzaya ərzaq və humanitar yardım göstərməkdə dəstək olmaq üçün əlavə olaraq 100 milyon dollara yaxın Kanada dolları ayırdı", - o yazıb.
Top