Azərbaycan süd və qaymaq idxalını 41 % artırıb

Azərbaycan süd və qaymaq idxalını 41 % artırıb


Bu ilin I rübündə Azərbaycana 4 327 ton süd və qaymaq idxal edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə əsasən, bu həcmdə süd və qaymağın dəyəri 6 milyon 441 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 257 ton (40,9 %), dəyər baxımından isə 1 milyon 725 min ABŞ dolları (36,6 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.
Top