Fransa Hindistanı silahlandırır: 26 qırıcı verəcək

Fransa Hindistanı silahlandırır: 26 qırıcı verəcək


Hindistan Müdafiə Nazirliyi Fransa ilə 26 dəniz təyyarəsi "Rafale Marine"nin tədarükünü nəzərdə tutan saziş imzalandığını açıqlayıb.

Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə əsasən, Hindistan Hərbi Dəniz Qüvvələrinə 22 birnəfərlik və 4 iki nəfərlik qırıcı təyyarə veriləcək. Tədarük 2030-cu ilə qədər başa çatacaq. Ekipajlar hər iki ölkədə təlimlər keçirəcək.

Xatırladaq ki, 2016-cı ildə Fransa ilə bağlanan saziş çərçivəsində Hindistan Hərbi Hava Qüvvələri 36 "Rafale" qırıcısı alıb.
Top