Cəlilabadın 3 kəndinin yoluna asfalt örtüyü çəkilir
Cəlilabad rayonunun üç kəndinin əsas küçələrinin yoluna asfalt örtüyü çəkilir.
Empatv.az "Report"un Muğan bürosunun verdiyi məlumata əsasən bildirir ki, işlər Abdullu, Astanlı və Zopun kəndlərində aparılır.
Artıq həmin küçələrdə hazırlıq işlərinə başlanılıb. Üç kəndi əhatə edən yol 5 kilometr uzunluğunda olacaqdır.
Kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə həmin küçələrə asvalt örtüyü təxminən 40 il öncə çəkilib.
Qeyd edək ki, iki il öncə Zopun kəndinin bərbad vəziyyətdə olan yolları ilə bağlı yazı dərc etmişdik.