Səfir: İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı aktivləşdirəcək

Səfir: İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı aktivləşdirəcək


İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı aktivləşdirməyi planlaşdırır, bura təhsil təşəbbüsləri, sərgilər, italyan mədəniyyəti və turizminin təşviqinə yönəlmiş tədbirlər daxildir.

Empatv.az "Report"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko “Agenzia Nova” nəşrinə müsahibəsində bildirib.

O vurğulayıb ki, mədəniyyət Romanın xarici siyasətində mühüm yer tutur: “Mədəni irs keçmişlə gələcək arasında körpü rolunu oynayır. Bunu nəzərə alaraq, biz Azərbaycanda yeni mədəni təşəbbüslərin təşkilinə və İtaliyada turizmin təşviqinə sərmayə qoymağa davam edəcəyik. Bu il ilk dəfə Bakıda ADA Universitetində keçirilən İtalyan Dizayn Günü italyan dizaynının, “Made in Italy” və sənaye nou-hausunun üstünlüyünü nümayiş etdirib”.

Səfir bildirib ki, İtaliya diplomatik nümayəndəliyi 2026-cı ildə Milan və Kortina-d'Ampetsoda keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarına həsr olunmuş tədbirləri Bakıda təşkil etməyi planlaşdırır
Top