Braziliya pre-COP30-un tarixini açıqlayıb

Braziliya pre-COP30-un tarixini açıqlayıb


İqlim konfransının ilkin iclası (pre-COP) oktybrın 13-14-də Braziliyada keçiriləcək.

EmpaTv.az COP30 Təşkilat Komitəsinə istinadən xəbər verir ki, görüşdə nazirlər və əsas iqlim müzakirəçiləri bir araya gələcək.

COP öncəsi ilkin görüşün əsas məqsədi noyabrın 10-dan 21-dək Belemdə keçiriləcək növbəti iqlim konfransının ən mühüm mövzuları üzrə ilkin razılaşmaların əldə edilməsi olacaq.

Oktyabr görüşündə 30-50 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Ənənəvi olaraq COP-a ev sahibliyi edəcək ölkənin əsas tədbirin başlamasına təxminən bir ay qalmış təşkil etdiyi görüş, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) müşahidəçiləri üçün açıq olacaq.
Top