Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb


Aprelin 30-da Qətərin paytaxtı Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu başa çatıb. Üç gün davam edən yüksək səviyyəli müzakirələrə müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilər, təhlükəsizlik üzrə ekspertlər və akademiklər qatılıblar.

 AZƏRTAC-ın Qətərin Kommunikasiya Ofisinə istinadla verdiyi xəbərə əsasən, builki forum transmilli terror qrupları, özəl hərbi şirkətlər, mütəşəkkil cinayət şəbəkələri və kibercinayətkarlar kimi qeyri-dövlət aktorların artan təsirinə diqqət ayırıb.

Forumda çevik və innovativ diplomatik yanaşmaların, eləcə də beynəlxalq əməkdaşlıq üçün yeni mexanizmlərin qəbulunun zəruriliyi və bunların dəyişən qlobal təhlükəsizlik mənzərəsində sülh və sabitliyin qorunması üçün vacib olduğu vurğulanıb.
Top