Almaniyada yoxsul insanların durumu daha da pisləşməkdədir.
AZƏRTAC-ın yerli mediaya istinadla verdiyi xəbərə əsasən, Bərabərlik İttifaqının (“Paritätischer Gesamtverband”) açıqladığı illik yoxsulluq hesabatına əsasən, inflyasiya və alıcılıq qabiliyyətinin azalması nəticəsində həm yoxsul insanların sayı artıb, həm də onların real gəlirləri azalıb.
Hesabata görə, hazırda Almaniyada təxminən 13 milyon nəfər - əhalinin 15,5 faizi yoxsulluqdan əziyyət çəkir. Ən çox zərər çəkənlər arasında tənha valideynlər, gənclər və yaşlı qadınlar yer alır. Əcnəbilər isə yoxsulların təxminən üçdəbirini təşkil edir.
2023-cü ildə yoxsul sayılan insanların real orta aylıq gəliri 883 avroya qədər enib. 5 milyon 200 min insan isə ciddi maddi çətinlik içində yaşayır. Bu, mənzilin qızdırılmaması və ya köhnə geyimin əvəz olunmaması kimi əsas ehtiyacların təmin edilməməsi deməkdir. Tam ştat əsasında işləyən 1 milyon 20 min insan da yoxsulluq həddindən aşağı gəlirlə dolanır.