"Uşaq oğurluğu ilə bağlı yayılan xəbərlər saxtadır" - Rəsmi açıqlama


Yayılan xəbərlərlə bağlı AZXEBER.COM-a verilən açıqlamaya əsasən DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır. Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar”.
Top