Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər 5 dəfə artıb
Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 18 mln. ABŞ dolları, əsaslı xərclər isə təxminən 6 mln. dollar olub.
Bu barədə “APA-Economics"in BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən verdiyi xəbərə görə illik müqayisədə hesabat dövründə əməliyyat xərcləri 4%, əsaslı xərclər isə 5 dəfə artıb.
“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.
Bildirilir ki, rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 mln. kubmetr olub.