ABŞ artıq Rusiya və Ukrayna arasında vasitəçi olmayacaq
Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.
EmpaTv.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik,” – deyə Brüus vurğulayıb.
O əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır.