Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb


Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

Yelizaveta Luzan, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina və Sofiya Məmmədovadan ibarət kollektiv 3 top və 2 halqa ilə proqramda birinci olub.

Bədii gimnastların çıxışı 24,700 balla qiymətləndirilib.

Qeyd edək ki, Avropa Kuboku mayın 4-də başa çatacaq.
Top