Selçuk Bayraktar: "Teknofest" yenidən Azərbaycanda keçirilə bilər"
"Teknofest" Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.
EmpaTv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Report"a açıqlamasında "Teknofest"in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.
O qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.
"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci "Teknofest" həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır", - deyə S.Bayraktar əlavə edib.
Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci "Teknofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.