Azarkeşlər Messiyə hiddətləndilər:

Azarkeşlər Messiyə hiddətləndilər: "Bizə təqaüdçülər yox, kuboklar lazımdır"


Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin Şimali və Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinalında mübarizəni dayandırması azarkeşlərin hiddətinə səbəb olub.

Empatv.az Oxu.Az-a istinadən xəbər verir ki, fiaskodan sonra Amerika komandasının azarkeşləri klubun futbolçularına, o cümlədən Lionel Messi haqqında tənqidi fikirlər səsləndiriblər.

Belə ki, sosial şəbəkədə yazılan çoxsaylı şərhlərdə azarkeşlər Messinin getməsini tələb ediblər. Fanatlar hesab edirlər ki, Messi komandanın irəliləyişinə mane olur.

"Qoy o, özünə başqa klub tapsın. Bizə təqaüdçü futbolçular yox, kuboklar lazımdır", - deyə "İnter Mayami"nin azarkeşlərindən biri yazıb.

Qeyd edək ki, Leo Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. 37 yaşlı argentinalı ilə müqavilənin müddəti 2025-ci ilin sonuna qədərdir
Top