Azərbaycanda iki böyük partiya birləşir? - Sədrdən AÇIQLAMA
Sabiq deputat İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyası daxilində qalmaqal böyüməyə davam edir.
EmpaTv.az Modern.az-a istinadən xəbər verir ki, Partiya daxilində gərginlik ictimaiyyətdə yaxın zamanlarda bu partiyanın özünü buraxacağı və Azərbaycan Demokratiya Partiyasl (ADP) ilə birləşəcəyi fikirlərini də yaradıb. Onu da qeyd edək ki, bu partiyalar 1996-2000-cı illərdə birlikdə fəaliyyət göstəriblər.
O qeyd edib ki, İlyas İsmayılov vəfat etdikdən sonra Ədalət Partiyasında fikir ayrılıqlarının meydana çıxması təbiidir. Ədalət Partiyasının böyük əksəriyyəti, xüsusilə rəhbərlikdə olan şəxslərin bir çoxu vaxtı ilə Azərbaycan Demokrat Partiyasının üzvü olub, həmçinin vaxtı ilə bu iki partiya birləşib. Sonradan isə öz istəkləri ilə yenidən müstəqil partiya olmaq qərarına gəldilər. Bu gün isə elə bir situasiya var ki, Ədalət Partiyası yenidən Azərbaycan Demokratiya Partiyası ilə birləşə bilər:
"Belə bir təklif aldığımız təqdirdə böyük məmnuniyyətlə partiyada bunu müzakirə edib müsbət qərar qəbul edəcəyimizi düşünürəm. Şəxsən mən düşünürəm ki, böyük məmnuniyyətlə biz Ədalət Partiyası ilə birləşə bilərik. Çünki bu partiyanın üzvləri həm ideoloji cəhətdən, həm də siyasi təcrübə baxımdan ADP-yə çox yaxındır. Çox təəssüf ki, İlyas müəllimin sağlığında biz bu məsələni müzakirə edə bilmədik. Birdən-birə onun da vəziyyətinin ağırlaşması siyasi vəsiyyətini etməməsi ilə nəticələndi. Hər halda Ədalət Partiyasının üzvləri milli mənafelərimizə uyğun qərar qəbul edəcəklərini düşünürəm" .
"Hesab edirəm ki, Azərbaycanda bu qədər çox partiyanın olmasına da ehtiyac yoxdur. Amma indiki halda bizə heç bir müraciət olunmayıb və Ədalət Partiyasının daxilində gedən prosesləri bu və ya digər şəkildə müdaxilə etmək fikrimiz yoxdur. Sadəcə kənardan müşahidə edirik. Hazırda sədrlik uğurunda mübarizə aparan şəxslər də vaxtı ikən bizim partiyamızın üzvü olublar. Onlardan biri partiyanın mətbuat katibi, digəri isə təşkilat məsələləri üzrə müavin olub. O adamların hamısını şəxsən tanıyıram görünür həmin partiyada keçmiş ADP üzvlərinin olması və rəhbərlikdə olanların da keçmişdə bizim partiyanın üzvü olması cəmiyyətdə belə bir fikir yaradıb"- sonda o qeyd edib.