Mərakeş Krallığının şahzadəsi İçərişəhərdə təşkil edilən Xalça Festivalında olub
Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Laila Hasnaa Xalça Festivalının fəxri qonağı qismində İçərişəhərdə olub.
Empatv.az xəbər verir ki, şahzadəyə Qoşa Qala meydanında Beynəlxalq Xalça Festivalında sərgilənən xalçalar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Tarixən məşhur olan Azərbaycan xalçaları dünya mədəniyyətinə və mədəni irsinə böyük təsir göstərməklə yanaşı, bu gün də tanınmış muzeylərdə nümayiş olunur.
O, həmçinin yerli və xarici sənətkarların iştirakı ilə təşkil olunan pavilyonları gəzib, orada nümayiş etdirilən müxtəlif sənətkarlıq nümunələri ilə tanış olub. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi qonaqda böyük maraq doğurub.
Gəzinti zamanı Mərakeşin xanım Şahzadəsi festival ərazisində qurulan xalça emalı mərkəzi ilə tanış olub. Xüsusi olaraq xalçaların emaldan sonrakı mərhələləri – üstünün yandırılması, yuyulması və qurudulması xanım Şahzadənin diqqətini çəkib. Həmçinin burada qonağa xalçaların hazırlanmasından son emala qədər keçdiyi mərhələlər – yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların vurulması və toxunma prosesi barədə məlumat verilib.
Xanım Şahzadə, eyni zamanda, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təqdim olunan “Zaman” rəqəmsal sərgisi ilə də tanış olub.
Qonağa məlumat verilib ki, açıq havada LED ekranda nümayiş olunan instalyasiya, zəngin ənənələri özündə birləşdirərək, Bakının əsasən orta əsr memarlıq incilərini, həmçinin xattatların göz nuru olan tətbiqi sənət nümunələrini müasir texnologiya vasitəsilə canlandırır.
Qeyd edək ki, festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür