Ümid Karan həbs edilib? - Özü danışdı
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Ümid Karan barəsində yayılan həbs qərarı ilə bağlı açıqlama verib.
EmpaTv.az Axar.az -a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“2015-ci ildən qalma məhkəmə işim var idi. Bu gün vəkillərimlə məhkəmədə işimi həll etdim. Həbsdə deyiləm”, - sabiq futbolçu bildirib.
Qeyd edək ki, daha əvvəl Ü.Karanın 1 il 9 ay müddətində həbs olunması ilə bağlı məlumat yayılmışdı. Səbəb kimi isə əvvəllər yaşadığı binada xidmətçiyə qarşı cinsi zorakılıq etməsi iddiası göstərilmişdi.
Xatırladaq ki, sabiq futbolçu 2001-2009-cu illər arasında "Qalatasaray"da çıxış edib. Hazırda telekanalların birində ekspert kimi fəaliyyət göstərir.