Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Bakının Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası təşkil edilib.
EmpaTv.az Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, aksiya çərçivəsində Nərimanov rayonu ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 102 dekorativ ağac əkilib.
Aksiya zamanı ombudsman jurnalistlərə açıqlamasında bütün ictimaiyyəti yaşıllıqların mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən işlərdə fəal şəkildə iştiraka dəvət edib.