AZAL-ın Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşlar bərpa olunub

AZAL-ın Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşlar bərpa olunub


Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırılıb.

EmpaTv.az “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata istinadən bildirir ki, Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.
Top