Çin və ABŞ ticarət-iqtisadi məsləhətləşmələr üçün mexanizm hazırlayacaq
Çinin Baş nazirinin müavini Hi Lifen və ABŞ-ın maliyyə naziri Skott Bessent İsveçrədə keçirilən danışıqlarda ticarət-iqtisadi məsləhətləşmələr üçün mexanizm hazırlamaq barədə razılığa gəliblər.
Empatv.az “Politico” nəşrinə istinadla xəbər verir ki, yüksək gömrük rüsumları şəraitində qəbul edilən qərarın təfərrüatları yaxın zamanda razılaşdırılacaq.
Görüşün tərəflər arasında fikir ayrılıqlarının həlli istiqamətində ilk mühüm addım olduğunu qeyd edən Hi Lifen onun qarşılıqlı bərabər hüquqlu dialoq vasitəsilə problemlərin düzgün həllinə zəmin yaratdığını bildirib.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən gömrük rüsumlarının azaldılacağını elan edib. Dövlət başçısı 145 faizlik rüsumun çox yüksək olduğunu deyərək tariflərin əsaslı şəkildə azaldılacağını, lakin tam ləğv olunmayacağını vurğulayıb.
Qeyd edək ki, ABŞ ilə Çin arasında gömrük mübahisəsinin həlli üzrə Cenevrə görüşündə tərəflər arasında tariflərin müvəqqəti azaldılması barədə razılıq əldə olunub. Mayın 14-dən başlayaraq 90 gün müddətində qüvvədə qalacaq tənzimləmə dövrü zamanı Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi rüsumlar 145 faizdən 30 faizə, Pekinin ABŞ məhsullarına tətbiq etdiyi rüsumlar isə 125 faizdən 10 faizə endiriləcək.
Xatırladaq ki, ABŞ ilə Çin arasında ticarət dövriyyəsi yüksək gömrük rüsumları səbəbindən demək olar ki, dayanıb. Dünyada ən böyük iqtisadiyyata malik iki ölkə arasında münasibətlər aprel ayında ticarət mübahisəsinin kəskinləşməsi səbəbindən daha da gərginləşib. Birləşmiş Ştatların Prezidenti Donald Tramp Çin mallarına 145 faiz, Pekin isə ABŞ mallarına 125 faizlik əks rüsum tətbiq edib.