AB Kiyevə silah üçün 900 milyon avro ayırır

AB Kiyevə silah üçün 900 milyon avro ayırır


Avropa Birliyi 2025-ci ilin sonuna qədər dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlərdən Kiyev üçün silah və sursat almaq məqsədilə 900 milyon avro ayırmaq niyyətindədir.

Empatv.az Axar.az-a istinadən xəbər verir ki, bunu AB-Ukrayna hərbi əməkdaşlığına dair konfransda AB-nin müdafiə üzrə komissarı Endryu Kubiliyus deyib.

“AB ilin sonuna kimi Kiyev üçün sursat və silahların alınması üçün daha 900 milyon avro ayıracaq”, - o bildirib.

Kubiliyus xatırladıb ki, AB diplomatik xidmətinin rəhbəri Kaya Kallas mayın 9-da Lvovda Ukraynanın hərbi sənayesinə 1 milyard avro sərmayə qoyacağını vəd edib və bu pulların müxtəlif PUA istehsalına yönəldiləcəyini vurğulayıb.
Top