Azərbaycanın karate millilərinə yeni məşqçi təyin edilib
Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisinin köməkçi məşqçisi təyin olunub.
Empatv.az bu barədə AKF-nin mətbuat xidmətindən verilən məlumata əsasən bildirir.
Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.