Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" zalında tanınmış yazıçı Cəlal Bərgüşadın anadan olmasının 100 illiyi münasibətilə anım tədbiri keçirilib.
EmpaTv.az xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Cəlal Bərgüşadın həyat yoldaşı və yaxınları, Xalq şairi Ramiz Rövşən, tanınmış yazıçılar, şairlər, həmçinin media nümayəndələri iştirak ediblər.
Tədbiri Azərbaycan yazıçısı, jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açıq elan edib.
Çıxışlarda Cəlal Bərgüşadın zəngin yaradıcılığı, ədəbi irsi və şəxsiyyəti haqqında dəyərli fikirlər səsləndirilib. Ramiz Rövşən çıxışı zamanı təəssüflə qeyd edib ki, Cəlal Bərgüşad Qarabağın, eləcə də doğma Qubadlının azad olunmasını görə bilmədi, lakin onun ruhu bu qələbədən şaddır.
Yubiley tədbiri iştirakçılarda dərin təəssürat yaradıb və ədibin xatirəsinə böyük ehtiramla yadda qalıb.