Astanada Çin və Mərkəzi Asiya ölkələrinin nəqliyyat nazirlərinin ikinci görüşü keçirilib
Astanada Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Çin nümayəndələrinin iştirakı ilə Mərkəzi Asiya ölkələri və Çinin nəqliyyat nazirlərinin ikinci görüşü baş tutub.
EmpaTV.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, görüşdə nəqliyyat-logistika sahəsində aktual məsələlər müzakirə olunub, regionda və dünyada nəqliyyat sektorundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə Çin və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib. Tərəflər rəqəmsal sənəd dövriyyəsinin tətbiqi və yüklərin onlayn izlənməsi kimi təşəbbüslər ətrafında razılığa gəliblər.
Bildirək ki, nazirlər həmçinin sərhəd keçid prosedurlarının sadələşdirilməsi, kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məsələlərini də razılaşdırıblar. Görüşün yekununda yükdaşımaların rəqəmsallaşdırılması və aidiyyəti qurumlar arasında əməkdaşlığı gücləndirən iki memorandum imzalanıb.