Çinin “Synyi AI” texnologiya şirkəti Səudiyyə Ərəbistanında dünyanın ilk süni intellekt həkimindən ibarət klinikasını istifadəyə verib.

Çinin “Synyi AI” texnologiya şirkəti Səudiyyə Ərəbistanında dünyanın ilk süni intellekt həkimindən ibarət klinikasını istifadəyə verib.


EmpaTV.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Yeni texnologiyaya əsaslanan klinikada fəaliyyət göstərən “Dr. Hua” adlı süni intellekt həkimi pasiyentləri qəbul edir, onların şikayətlərini dinləyir, analiz edir və fərdi müalicə planı hazırlayır. Hazırlanmış müalicə planı daha sonra canlı həkim tərəfindən yoxlanılır.

Hazırda “Dr. Hua” 30 nəfəs yolları xəstəliyinin diaqnozu və müalicəsini həyata keçirə bilir. Test mərhələsində sistemin səhv nisbətinin 0,3 faizdən aşağı olduğu bildirilib. Şirkət yaxın gələcəkdə süni intellektin diaqnoz imkanlarını 50 xəstəliyə qədər artırmağı və yeni AI klinikalarının açılmasını planlaşdırır.

Bu yenilik səhiyyə sahəsində süni intellektin tətbiqinin genişlənməsi və tibbi xidmətlərin daha əlçatan olması baxımından mühüm addım hesab olunur.
Top