Ərdoğan: “PKK-nın özünü buraxması və silahı tam şəkildə yerə qoyması vacibdir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hökumət Kürd Fəhlə Partiyasının (PKK) özünü buraxması və silahı yerə qoyması ilə bağlı qərarının icrasını diqqətlə izləyəcək.
EmpaTV.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Terrror təşkilatı silahı tam şəkildə yerə qoymalı, özünü buraxmaqla bağlı qərar tam şəkildə həyata keçirilməlidir. Biz bu qərarların icrasını diqqətlə izləyəcəyik”, – deyə Ərdoğan vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, təkcə Türkiyənin deyil, bütün regionun sülh və rifah şəraitində yaşamasını istəyir.
Xatırladaq ki, PKK rəhbərliyi yaxın günlərdə təşkilatın ləğv olunduğunu, Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və bundan sonra yalnız siyasi yollarla fəaliyyət göstərəcəyini bəyan edib.