Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərginin nümayişi olub
Tacikistan Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərginin nümayişi olub.
Empatv.az “Report”a istinadən xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak edib.
Açılış nitqləri ilə çıxış edən Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbrohimzoda və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Şirin Məlikova iki ölkə arasındakı mədəni əlaqələrdən bəhs ediblər.
Daha sonra sərgi qonaqlara təqdim olunub.
Azərbaycan Milli İncəsənət Muzeyninin təqdimatında “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” sərgisi barədə muzeyin direktoru Şirin Məlikova ətraflı məlumat verib.
Şirin Məlikova bildirib ki, ekspozisiyanın ana xəttini dahi sənətkarın AMİM-də qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir.
Azərbaycan Milli Xalça Muzeyninin xalça və qurama kolleksiyasının sərgisi barədə isə muzeyin direktoru Əminə Məlikova qonaqları məlumatlandırıb.
Əminə Məlikovanın sözlərinə görə, sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrdən müasir zamanadək tarixi dövrü əhatə edən xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur.
Tədbir bədii hissə ilə davam etdirilib.