İstanbul sahilində zəlzələ olub
İstanbulun Mərmərə sahilində 4 maqnitudalı zəlzələ olub.
Empatv.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri şəhərin Bahçelievler rayonundan 23,63 km cənub-qərbdə – Mərmərə dənizində qeydə alınıb. Zəlzələnin ocağı 8,16 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Xatıladaq ki, aprelin 23-də İstanbulda güclü zəlzələ baş vermişdi.