Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası "World Boxing"ə üzv olub


Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.

Bu barədə ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq federasiya üzvlüyü bu gün təsdiqləyib.

"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.
Top