Gürcüstan ilə Avropa İttifaqı arasında gərginlik artır

Gürcüstan ilə Avropa İttifaqı arasında gərginlik artır


Gürcüstan ilə Avropa İttifaqı (Aİ) arasında gərginlik artmaqda davam edir.

Empatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstan tərəfi Aİ-nın Tbilisidəki nümayəndəliyinin əməkdaşı Saymon Vandenbruku ölkəyə buraxmayıb.

Yerli mətbuatın yazdığına görə, Saymon Vandenbruk mayın 21-də Tbilisi Beynəlxalq Aeroportundan geri qaytarılıb.

Onun ölkəyə girişinə qadağa qoyulmasının səbəbləri açıqlanmır. Bəzi məlumatlara görə, diplomatın ölkəyə buraxılması onun ölkədə dağıdıcı müxalifəti dəstəkləməsi olub.

Avropa İttifaqı da hələlik məsələni şərh etməyib. Lakin bir həftə əvvəl Aİ rəsmi Tbilisidən bəzi iddialara aydınlıq gətirilməsini istəyib.

Qeyd edək ki, S.Vandenbruk Aİ-nin Gürcüstan nümayəndəliyində yardım proqramlarının koordinasiyası, assosiasiya sazişinin reallaşdırılması və iqtisadi əlaqələrin inkişafı bölməsində çalışır.
Top