Naməlum nömrələrdən gələn zənglər təhlükə yaradır – Bank kartlarından pul oğurlanıb

Naməlum nömrələrdən gələn zənglər təhlükə yaradır – Bank kartlarından pul oğurlanıb


Mayın 22-də bir neçə vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pul vəsaiti kiber üsullarla oğurlanıb.


EmpaTV.az xəbər verir ki, naməlum şəxslərin həyata keçirdiyi fırıldaqçılıq nəticəsində ayrı-ayrı şəxslərin kartlarından 1500, 392, 380, 240, 100, 61 və 40 manat vəsait çıxarılıb.

Qeyd edək ki, mütəxəssislər xəbərdarlıq edir ki, bank kartının üzərindəki CVV/CVC kodları, SMS vasitəsilə göndərilən OTP (birdəfəlik parol) kimi məlumatlar məxfi sayılır və bu məlumatların üçüncü şəxslərə verilməsi fırıldaqçılıq hallarına səbəb ola bilər. Hesabda pul olmasa belə, bu məlumatlar vasitəsilə vətəndaşlara kredit formasında maddi zərər yetirilə bilər.

Vətəndaşlara bir daha naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı ehtiyatlı olmaq tövsiyə olunur. “Cəlbedici qazanc”, “sığorta”, “viza dəstəyi”, “bank hesabının möhkəmləndirilməsi” və ya “mədaxil üzrə ödəniş” adı ilə edilən zənglərə və yazışmalara cavab verilməməli, bu nömrələr dərhal bloklanmalıdır.
Top