DİN: Mayın 22-də 78 cinayətin üstü açılıb, axtarışda olan 80 nəfər saxlanılıb

DİN: Mayın 22-də 78 cinayətin üstü açılıb, axtarışda olan 80 nəfər saxlanılıb


Mayın 22-də ölkə ərazisində qeydə alınan 78 cinayət hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb. Bundan əlavə, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin də açılması təmin olunub.

Bu barədə EmpaTV.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata əsasən xəbər verir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində ümumilikdə 80 nəfər saxlanılıb. Onlardan 57-si borclu şəxs qismində axtarışda olanlardır. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilib.

Görülən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 36, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 12 fakt aşkarlanıb və müvafiq qaydada sənədləşdirilib.

Ümumilikdə, cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılaraq istintaqa cəlb edilib.
Top