DİN: Mayın 22-də müxtəlif növ odlu silah və sursatlar aşkar edilərək götürülüb

DİN: Mayın 22-də müxtəlif növ odlu silah və sursatlar aşkar edilərək götürülüb


Qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

EmpaTV.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

Mayın 22-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın müxtəlif rayonlarında həyata keçirilən tədbirlər nəticəsində 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 1 patron darağı və 34 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, faktlarla bağlı araşdırmalar aparılır.
Top