Paytaxta külli miqdarda narkotik gətirmək istəyən iki nəfər saxlanılıb

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən iki nəfər saxlanılıb


Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində paytaxta külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən iki narkokuryer saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, empatv.az saytı xəbər verir.

Keçirilmiş tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev tutulub. Onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Qeyd edək ki, araşdırmalarla müəyyən edilib ki, Y.Məmmədov və R.Nuriyev narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə ediblər. Onlar maddi qazanc qarşılığında narkotikləri Bakı şəhəri ərazisində göstərilən ünvanlara çatdırmağa razılaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Top