Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb


Mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.

Daxili İşlər Nazirliyindən EmpaTV.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
Top